29 aprel
40 nəfər xəbərdarlıq olunmadan işdən azad edildi - VİDEO

Masallı sakinləri, Lənkəran Regional Qaz İstismar İdarəsinin Masallı Xidmət Sahəsində çalışan 40-a yaxın işçinin xəbərdarlıq edilmədən və kompensasiya verilmeden işdən azad olunduğunu iddia edirlər. Onlardan biri olan Telman Abbasov, 62 yaşında olduğunu və iş tapmağın çətin olduğunu bildirərək, Məşğulluq İdarəsində hər həftə müraciət etsə də, ona uyğun iş tapılmadığını söyləyib.
Şikayətçilər, işdən çıxarılmalarına dair hüquqi əsasların təqdim edilmədiyini və işsiz qalmanın öz ailələrinə mənfi təsir etdiyini qeyd edirlər.
Lənkəran Regional Qaz İstismar İdarəsindən verilən açıqlamada isə bildirilib ki, bu şəxslər DOST İş Mərkəzinin əməkdaşlarıdır və onlara müqavilə bitmə tarixindən bir həftə əvvəl bildiriş göndərilib.
Bu gün
Bu gün