01 oktyabr

Tramp: “Nobel almasam, bu, ABŞ üçün təhqir olacaq”

ABŞ prezidenti Donald Tramp Pentaqonun təşkil etdiyi ali hərbi rəhbərliklə görüşdə çıxış edib.

Təhlil.az xəbər verir ki, onun sözlərinə görə, əgər HƏMAS onun təqdim etdiyi sülh planını qəbul edərsə, yenidən Ağ Evə qayıtdıqdan sonra dayandırdığı müharibələrin sayı səkkizə çatacaq.

ABŞ prezidenti vurğulayıb ki, bu səylərinə görə Nobel Sülh Mükafatını almasa, bu, ölkəsi üçün böyük təhqir olacaq.

O qeyd edib ki, mükafatı özü üçün deyil, ABŞ üçün istəyir.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?