01 oktyabr
Fransada Rusiyanın “kölgə donanması”na aid tanker saxlanılıb

Fransanın Sen-Nazer sahillərində sanksiyalara məruz qalmış “Boracay” adlı tanker lövbərə salınıb.
Təhlil.az xəbər verir ki, ekipaj gəminin hansı ölkəyə məxsus olduğunu göstərməyib və əmrləri yerinə yetirməkdən imtina edib. Hadisə ilə bağlı Fransız Hərbi Dəniz Qüvvələri araşdırmaya başlayıb.
Məlumata görə, “Boracay” daha əvvəl də Estoniyada bayraqsız üzməyə görə saxlanılmışdı. Tankerin 20 sentyabrda Primorskdan çıxaraq Baltik dənizi və La-Manş boğazı vasitəsilə Fransaya gəldiyi bildirilir.