01 oktyabr
ABŞ-də hökumət rəsmi olaraq işini dayandırdı

ABŞ Konqresinin yeni maliyyə ili üçün büdcəni qəbul edə bilməməsi səbəbindən federal hökumət fəaliyyətini rəsmi olaraq dayandırıb.
Təhlil.az xəbər verir ki, bu dövrdə dövlət qurumlarına vəsait xərcləmək qadağandır.
Əksər dövlət qulluqçuları ödənişsiz məzuniyyətə göndərilir.
Yalnız kritik sahələrdə çalışanlar – həkimlər, sərhədçilər, hərbçilər, nəqliyyat işçiləri və digərləri maaş almadan işləməyə davam edəcəklər. Bu, son 7 ildə ilk tam miqyaslı “şatdaun” hesab olunur.
Son illərdə hökumətin işi yalnız qismən dayandırılırdı, çünki konqresmenlər müvəqqəti büdcə (CR) qəbul edərək danışıqları uzadırdılar.
İndi isə kompromis əldə olunmadığı üçün ABŞ hökuməti tam şəkildə fəaliyyətini dayandırıb.