29 aprel

Quru Qoşunlarında döyüş atışları keçirilib

Quru Qoşunlarının artilleriya bölmələrində praktiki döyüş atışları keçirilib.

Təhlil.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata əsasən, real döyüş şəraitinə uyğun keçirilən döyüş atışlarında şərti düşmənin planlı və plandankənar hədəflərinin aşkar edilməsi və sərrast atəşlə məhv edilməsinə nail olunub.

Praktiki məşğələlərin keçirilməsində əsas diqqət hərbi qulluqçuların praktiki bacarıqlarının artırılması, komandirlərin idarəetmə vərdişlərinin və qarşılıqlı əlaqənin təkmilləşdirilməsinə yönəldilib.

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?