30 sentyabr

İndoneziyada Levotobi vulkanı yenidən püskürüb

İndoneziyanın Flores adasında (Şərqi Nusa Tengqara əyaləti) yerləşən Levotobi vulkanı növbəti dəfə aktivləşib.

Təhlil.az xəbər verir ki, bu barədə İndoneziyanın Vulkanologiya və Geoloji Fəlakətlərin Azaldılması Mərkəzi məlumat yayıb.

Məlumatlara görə, kül qatı Levotobi "Laki-Laki" kraterindən 2000 metr yüksəkliyə və ya dəniz səviyyəsindən 3584 metr yüksəkliyə çatıb. Külək və tüstü qərb və şimal-qərb istiqamətlərində böyük intensivliklə yayılır. Agentlik sakinlərə və turistlərə yerli hökumətin göstərişlərinə əməl etməyi, tənəffüs yollarını qorumaq üçün maska və respiratordan istifadə etməyi tövsiyə edib.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?