30 sentyabr
Kubanın şərqində güclü yağışlar daşqınlara səbəb olub

Atlantik okeanında yaranan “İmelda” tropik qasırğası Kubanın şərqində güclü leysanlara yol açıb.
Təhlil.az xəbər verir ki, nəticədə Quantanamo və Santyaqo de Kuba əyalətlərində daşqınlar müşahidə olunub, bir neçə bina dağılıb.
Məlumata əsasən, Karib hövzəsinin ikinci ən böyük şəhəri olan Santyaqo de Kubada güclü yağışlar ciddi maddi ziyan vurub. Ölən olmasa da, şəhərdə binalar uçub, küçələr dağıntılarla dolub. Hazırda Mülki müdafiə xidmətləri və Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları şəhər və ətraf kəndlərdə aşmış ağacların və tikinti qalıqlarının təmizlənməsi üçün əməliyyatlar aparır.
Bundan əvvəl Qranma qəzeti güclü yağışlar səbəbindən Quantanamo əyalətindən 18 mindən çox insanın təxliyə edildiyini yazmışdı.