30 sentyabr

Merz Almaniyanın artıq sülh şəraitində olmadığını bildirib

Almaniya hazırda sülh şəraitində deyil.

Təhlil.az xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merz açıqlama verib. Ondan Almaniya üçün silahlı münaqişə riskinin mövcud olub-olmaması soruşulub.

“Mən bunu ilk baxışda bir az şok edici görünə biləcək bir ifadə ilə demək istəyirəm, amma dediklərimi tam olaraq nəzərdə tuturam: biz müharibə vəziyyətində deyilik, amma artıq sülh şəraitində də deyilik. Biz tamamilə fərqli bir dünyada yaşayırıq”, - deyə Merz bildirib.

O, naməlum dronlarla bağlı vəziyyəti də şərh edib. Kansler bildirib ki, Danimarka və Almaniyanın Şlezviq-Holşteyn əyaləti üzərində son dron uçuşları həyəcanvericidir.

“Onların əslində haradan gəldiyini hələ dəqiq bilmirik”, - deyə Merz qeyd edib. O əlavə edib ki, ümumiyyətlə bu dronların Avropa hava məkanına daxil olmasının qarşısını almaq daha yaxşı olardı.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?