30 sentyabr
Madaqaskar Prezidenti hökumətin buraxıldığını elan edib

Madaqaskar prezidenti ölkə boyu etirazlar fonunda hökumətin buraxıldığını elan edib və üç gün ərzində yeni baş naziri təyin edəcəyinə söz verib.
Təhlil.az xəbər verir ki, daha əvvəl minlərlə gənc Madaqaskarda elektrik və su kəsilməsinə qarşı növbəti dəfə etiraz aksiyası keçirmişdi və hökumətin istefasını tələb edirdi.
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının ofisinin məlumatına görə, etirazlar zamanı azı 22 nəfər həlak olub.