30 sentyabr

Ayda gizlənən sərvət: platin, palladium və su izləri

Yeni tədqiqat göstərir ki, Ay minlərlə kraterində dəyərli resurslar saxlayır. Planetary and Space Science jurnalında dərc edilən məqaləyə əsasən, Ay səthində 6500-dən çox zərbə kraterində platin, palladium və rodium kimi nadir metalların izləri ola bilər.

Təhlil.az xəbər verir ki, mütəxəssislərin fikrincə, asteroidlərin Ay ilə toqquşması zamanı bu qiymətli mineralların bir hissəsi buxarlansa da, böyük miqdarı kraterlərdə qalıb. Hətta 3350-dən çox kraterdə nəmli minerallar şəklində su izlərinin, 20 böyük kraterdə isə daha sıx çöküntülərin olduğu ehtimal olunur.

Bu kəşf Ayı yalnız kosmik araşdırmalar üçün yox, həm də gələcəyin mədənçiliyi üçün unikal məkan kimi gündəmə gətirir. Alimlər bahalı və riskli eniş missiyaları əvəzinə, Ay orbitindən uzaqdan zondlama üsullarının daha effektiv nəticə verə biləcəyini bildirirlər.

Nəticə etibarilə, Ay Yerə yaxın asteroidlərdən də zəngin platin mənbəyi ola bilər və gələcək kosmik iqtisadiyyat üçün strateji əhəmiyyət daşıyır.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?