30 sentyabr
Trampın Qəzza sülh planı Ukrayna münaqişəsinə də tətbiq oluna bilər

ABŞ prezidenti Donald Trampın Qəzza zolağında vəziyyətin nizamlanmasına dair sülh planı Rusiya ilə Ukrayna arasındakı münaqişəyə də şamil edilə bilər.
Təhlil.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff bildirib.
“Prezident hər yerdə sülh görmək istəyir. Söhbət təkcə Qəzzədən getmir. Bu, Yaxın Şərqin digər bölgələrində də həyata keçirilə bilər və nəticələri başqa münaqişələrə də təsir göstərə bilər. Hətta Rusiya və Ukraynaya da aid edilə bilər”- deyə, Uitkoff qeyd edib.
Xüsusi nümayəndə əlavə edib ki, hər iki münaqişə həllini tələb edir, lakin Ukrayna böhranından fərqli olaraq, Qəzzə üçün artıq konkret nizamlama planı mövcuddur.