30 sentyabr
Əfqanıstanda internet və mobil xidmətlər tam kəsildi

Əfqanıstanda internet və mobil telefon xidmətləri ölkə üzrə tamamilə kəsilib.
Təhlil.az xəbər verir ki, Taliban hökuməti bu qərarın səbəbləri barədə heç bir açıqlama verməyib.
Son həftələrdə bəzi vilayətlərdə fiber-optik xətlərin kəsilməsi ilə bağlı xəbərlər yayılmışdı. Taliban bunu “əxlaq məsələləri” ilə əsaslandırmışdı.
“NetBlocks” beynəlxalq internetə çıxışa nəzarət təşkilatı bildirib ki, hökumət əxlaq tədbirlərinə istinad edərək məhdudiyyətləri genişləndirib və nəticədə ölkə indi tam internet qaranlığında qalıb.