30 sentyabr
Ukrayna: Rusiya hücumları intensivləşdirəcək

Kreml yaxın vaxtlarda hava hücumlarının intensivliyini və zərbə vasitələrinin sayını artıracaq.
Təhlil.az xəbər verir ki, bunu Ukraynanın müdafiə nazirinin müavini İvan Qavrilük açıqlamasında bildirib.
Onun sözlərinə görə, energetika infrastrukturu və yaşayış binalarına endiriləcək zərbələr yalnız fiziki dağıntı deyil, həm də ukraynalılara qarşı psixoloji təzyiq vasitəsidir.
Nazir müavini Ukraynanın sursat və hava hücumundan müdafiə imkanlarının çatışmazlığı barədə konkret açıqlama verməyib.
O qeyd edib ki, Patriot sistemlərindən yalnız Rusiya ballistik raketlərini vurmaq üçün istifadə olunur.