29 aprel

Ərdoğan: Hindistan-Pakistan gərginliyi diplomatik yollarla həll olunmalıdır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Hindistan və Pakistan arasındakı münasibətlərdəki böhranın diplomatik üsullarla həll olunmasını arzuladığını bildirib.

Təhlil.az xəbər verir ki, Ərdoğan açıqlamasında bölgədə və xaricdə yeni münaqişələrin yaranmasını istəmədiyini bildirib.

"Biz bölgəmizdə və xaricdə yeni münaqişələrin yaranmasını istəmirik. Hindistan və Pakistan arasındakı gərginliyin daha ciddi ölçülərə çatmadan azaldılacağına ümid edirik. Türkiyə Xarici İşlər Nazirliyi və digər qurumlar bu prosesi diqqətlə izləyir", - deyə o, qeyd edib.

 

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?