Tramp: “ABŞ Ədliyyə Departamenti artıq FTB-nin keçmiş direktorunu araşdıra bilər

ABŞ Ədliyyə Departamenti artıq FTB-nin keçmiş direktoru Kristofer Reyi araşdıra bilər.
Təhlil.az xəbər verir ki, bu təkliflə ABŞ prezidenti Donald Tramp çıxış edib.
“Güman edərdim ki, onlar bunu edirlər”, - amerika lideri “NBC News” telekanalına müsahibəsində ABŞ Ədliyyə Nazirliyinin Reylə bağlı təhqiqat aparması ilə əlaqəli sualı cavablandırarkən deyib.
Tramp ABŞ-ın 46-cı prezidenti Co Baydenin dövründə FTB-yə rəhbərlik edən Reyin dəhşətli iş gördüyünü deyib.
"Düşünürəm ki, onun etdiyi hərəkət son dərəcə qəbuledilməzdir", - Amerika lideri əlavə edib.
Bu həftənin əvvəlində ABŞ prezidenti FTB-ni 2021-ci il yanvarın 6-da öz tərəfdarlarını Kapitoliyə basqın etməyə təhrik etməkdə ittiham edərək, bunun FTB-nin keçmiş direktoru Kristofer Reyin bəyanatlarına zidd olduğunu qeyd edib.