29 aprel

BVF Azərbaycana xəbərdarlıq etdi: bank sektoru dayanıqlıdır, amma risklər var

Beynəlxalq Valyuta Fondu 10 ildən sonra Azərbaycanın maliyyə sektoruna yeni qiymətləndirmə aparıb və ölkənin bank sisteminin ciddi şoklara qarşı dayanıqlı olduğunu açıqlayıb.

Təhlil.az xəbər verir ki, stress-testlər göstərib ki, banklar kifayət qədər kapital və likvidlik ehtiyatlarına malikdir.

Bununla belə, BVF bəzi bankların korporativ depozitlərə yüksək asılılığını, yüksək dollarlaşmanı və təminatsız istehlak kreditlərinin sürətli artımını risk amilləri kimi qeyd edib.

Fond Azərbaycan Mərkəzi Bankının nəzarət funksiyasının bərpasını müsbət qiymətləndirərək, maliyyə sektorunda islahatların və şəffaflığın artırılmasını tövsiyə edib.

Son 10 ildə ölkənin strateji valyuta ehtiyatlarının iki dəfə artaraq 73,766 milyard dollara çatması da BVF tərəfindən xüsusi vurğulanıb.

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?