27 sentyabr
İran prezidenti qadınları hicaba məcbur etməyin əleyhinə çıxış edib

İran prezidenti Məsud Pezeşkian "NBC News" telekanalına müsahibəsində qadınların hicaba məcbur edilməsinə qarşı çıxıb.
"İnsanların seçim hüququ var", - Pezeşkian deyib.
“Biz daxili problemlərimizi düzgün idarə etmədik və həyata keçirmədik”, - o əlavə edib.
O, həmçinin dünyanın qalan hissəsinin vəziyyəti mütənasib olmayan şəkildə qarışdırdığını söylədi.
“Əlbəttə,hər bir insan həyatı qiymətsizdir. Ancaq Livanda, Qəzzada, Fələstində, Yəməndə və Suriyada hər gün yüzlərlə insan ölür və heç kim gözünü belə qırpmır. Niyə? Bəyəm onlar insan deyil?”, - deyə İran prezidenti qeyd edib.