Qazaxıstanın yeni xarici işlər naziri təyin edilib

Qazaxıstan prezidenti Tokayev xarici işlər naziri Murat Nurtleunu vəzifəsindən azad edib. O, prezidentin beynəlxalq investisiya və ticarət əməkdaşlığı üzrə köməkçisi təyin edilib.
Təhlil.az xəbər verir ki, yeni xarici işlər naziri vəzifəsinə əvvəllər baş nazirin müavini vəzifəsində çalışmış Yermek Koşerbayev təyin edilib.
Yermek Koşerbayev əmək fəaliyyətinə Qazaxıstan SSR Xarici İşlər Nazirliyində başlayıb. O, uzun müddət Qazaxıstan Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə, o cümlədən İsveçrədəki səfirlikdə çalışıb. 2014-cü ildə kənd təsərrüfatı nazirinin müavini olub. Daha sonra Koşerbayev Xarici İşlər Nazirliyinə keçib, orada məsul katib və nazir müavini kimi müxtəlif vəzifələrdə çalışıb. 2020-ci ilin yanvar ayında o, Qazaxıstanın Rusiya Federasiyasındakı səfiri olub. 2023-cü ildə Şərqi Qazaxıstan vilayətinin hakimi təyin edilib. 2025-ci il fevralın 14-dən baş nazirin müavini vəzifəsini tuturdu.