26 sentyabr
Vuçiç: Serbiyanı ağır qış gözləyir

Serbiya Prezidenti Aleksandar Vuçiç ABŞ-nin oktyabrın 1-də qüvvəyə minəcək sanksiyaları səbəbindən ölkəni çətin dövrlər və ağır qışın gözlədiyini bildirib.
Təhlil.az xəbər verir ki, söhbət Rusiyanın əsas səhmdar olduğu NIS neft şirkətinə qarşı sanksiyalardan gedir.
Vuçiç deyib ki, yüksək qiyməti Serbiya ödəməli olacaq:
"Biz əlimizdən gələni edəcəyik ki, vətəndaşlar evlərində isti qış keçirsinlər və yanacaqla bağlı narahat olmasınlar. Amma bu vəziyyət ölkəmiz üçün siyasi və iqtisadi baxımdan əlavə problemlər yaradır”.