26 sentyabr
Kaya Kallasdan Trampa tənqid

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, Avropa Ukraynanı təkbaşına dəstəkləyə bilməz.
Təhlil.az-ın məlumatına görə, Avropadakı diplomatiya rəhbəri xatırladıb ki, ABŞ Prezidenti Donald Tramp döyüşlərin dayandırılacağına söz vermişdi.
“NATO ABŞ olmadan mövcud ola bilməz. Amerika NATO-nun ən böyük müttəfiqidir. Ona görə NATO-nun nə etməsi lazım olduğu barədə danışanda, həm də Amerikanın nə etməli olduğu nəzərdə tutulur”, – deyə, Kallas “Politico”ya müsahibəsində bildirib.