26 sentyabr

Ərdoğan Trampla görüşü barədə danışdı

ABŞ prezidenti Donald Trampla danışıqlar bir çox cəbhələrdə əhəmiyyətli irəliləyişlərə gətirib çıxardı.

Təhlil.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtondan qayıdarkən təyyarədə jurnalistlərlə söhbəti zamanı deyib.

"Vaşinqtondan məmnunluq hissi ilə ayrılırıq. Cənab prezidentlə səmimi, konstruktiv və məhsuldar bir atmosferdə danışıqlar apardıq. Cənab Trampla münasibətlərimiz, məlum olduğu kimi, hər zaman yaxşı olub. Onun ilk prezidentliyi dövründə xüsusi dialoq inkişaf etdirdik, bu gün də davam edir. Bunun Türkiyə-Amerika münasibətlərinə müsbət təsir edəcəyinə əminəm", - deyə Türkiyə lideri bildirib.

“Təbii ki, bir görüşdə bütün məsələləri həll etmək mümkün deyil. Amma bu təmas bir çox sahələrdə əhəmiyyətli irəliləyişlərə səbəb oldu. Bizim ticarət dövriyyəsini 100 milyard dollara çatdırmaq məqsədimiz var. Liderlər olaraq buna nail olmaq üçün bizim siyasi iradəmiz var”, - deyə o qeyd edib.

Türkiyə prezidenti bəyan edib ki, Trampla görüşün gündəmində Suriyadakı vəziyyət və Qəzzadakı humanitar fəlakət də olub.

"Qəzzada qırğına son qoyulması kontekstində söhbətimiz xüsusi əhəmiyyət kəsb edirdi. Cənab Tramp görüşümüz zamanı davamlı sülhə nail olmağın zəruriliyini ifadə etdi. Biz də öz növbəmizdə həm Qəzzada, həm də bütün Fələstində əvvəlcə atəşkəsə, sonra isə davamlı sülhə necə nail olacağımıza dair baxışlarımızı açıqladıq”, - Ərdoğan əlavə edib.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?