26 sentyabr

İran gizli raket sınağı keçirib

İran İmam Xomeyni Kosmik Mərkəzində gizli raket sınağı keçirib

Təhlil.az xəbər verir ki,  İranın Semnan əyalətində yerləşən İmam Xomeyni Kosmik Mərkəzində gizli raket sınağı həyata keçirilib. Peyk görüntülərinin təhlilinə əsasən, buraxılışın qeyri-rəsmi şəkildə keçirildiyi ehtimal olunur.

Rəsmi Tehran bu məlumatı təsdiqləməsə də, İran parlamentinin bir üzvü bunun qitələrarası ballistik raket sınağı ola biləcəyini iddia edib. Lakin bu barədə heç bir sübut təqdim edilməyib.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?