26 sentyabr
Rusiyada 18 vaqon relsdən çıxıb

Rusiyada 18 vaqon relsdən çıxıb.
Təhlil.az xəbər verir ki, Moskva Dəmir Yolunun mətbuat xidmətinin məlumatına görə, Smolensk vilayətində dəmir yolu keçidində yük maşınının törətdiyi qəza ciddi hadisəyə səbəb olub.
Rudnya və Qolinki stansiyaları arasında yük maşını qarşıdan gələn yük qatarının qarşısına çıxıb. İlkin məlumata əsasən, nəticədə bir lokomotiv və 18 benzin daşıyan vaqon relsdən çıxıb və yükün alovlanmasına səbəb olub.
Qəza nəticəsində lokomotiv heyəti xəsarət alıb. Maşinist və onun köməkçisi xəstəxanaya yerləşdirilib.
Hadisənin baş verdiyi ərazidə qatarların hərəkəti dayandırılıb.
Qeyd olunur ki, bu marşrutdan Belarus və Rusiya arasında hərəkət edən sərnişin qatarları da istifadə edir.