26 sentyabr

Tramp TikTok müqaviləsi ilə bağlı sərəncam imzaladı

Tramp TikTok müqaviləsi ilə bağlı sərəncam imzaladı.

Təhlil.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp cümə axşamı günü TikTok-un ölkədəki aktivlərinin Amerika və beynəlxalq investorlara satılmasının milli təhlükəsizlik tələblərinə cavab verəcəyini nəzərdə tutan sərəncam imzalayıb.

Tramp çıxışında bildirib ki, Çin prezidenti Si Cinpin də bu planları təsdiqləyib.

ABŞ-ın vitse-prezidenti C.D. Vens isə sövdələşmənin təxminən 14 milyard dollar dəyərində olacağını açıqlayıb:
“Çin tərəfdən müəyyən müqavimət oldu, lakin əldə etmək istədiyimiz əsas məqsəd TikTok-un fəaliyyətini davam etdirməsi idi. Eyni zamanda biz amerikalıların məlumatlarının məxfiliyinin qorunmasına və qanunun tələblərinə uyğunluğuna əmin olmaq istəyirdik”, – deyə Vens Oval Ofisdə jurnalistlərə bildirib.

O, əlavə edib:
“Amerikalılar TikTok-dan istifadə etməyə davam edəcəklər, lakin bundan sonra daha çox əminliklə. Çünki onların məlumatları təhlükəsiz olacaq və platforma təbliğat vasitəsi kimi istifadə edilməyəcək”.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?