25 sentyabr
İsveçrədə uşaqların döyülməsi qadağan edilib

İsveçrədə uşaqların döyülməsi rəsmən qadağan edilib
Təhlil.az xəbər verir ki, zorakılıqsız tərbiyə prinsipi ölkənin Mülki Məcəlləsində təsbit edilib. Dəyişikliyin lehinə 33 parlament üzvü, əleyhinə 4 deputat səs verib, 7 nəfər isə bitərəf qalıb.
Qanunun məqsədi uşaqlara qarşı fiziki zorakılığın qəbuledilməzliyini vurğulamaqdır.
Artıq yetkinlik yaşına çatmayanlar və böyüklər lazım gəldikdə xüsusi mərkəzlərə müraciət edə biləcəklər.
Araşdırmalara görə, İsveçrədə hər on uşaqdan biri ən azı bir dəfə valideyn tərəfindən sillələnib, hər beş uşaqdan biri psixoloji zorakılığa məruz qalıb.