25 sentyabr

Fransanın sabiq prezidenti Sarkozi 5 il müddətinə azadlıqdan məhrum edilib

Paris məhkəməsi Fransanın keçmiş prezidenti Nikola Sarkozini 5 il müddətinə azadlıqdan məhrum edib. Təhlil.az xəbər verir ki, məhkəmə onu 2007-ci il seçkiqabağı kampaniyasının Liviya tərəfindən maliyyələşdirilməsi işi üzrə təqsirli bilib.

İstintaqın versiyasına görə, Sarkozi 2005-ci ildə Liviyanın o vaxtkı lideri Muammar Qəddafi ilə razılığa gələrək beynəlxalq arenada siyasi dəstək müqabilində seçki kampaniyası üçün maliyyə vəsaiti alıb.

Keçmiş prezident korrupsiya, kampaniyanın qanunsuz maliyyələşdirilməsi və Liviyaya məxsus dövlət vəsaitlərini gizlətməkdə ittiham olunurdu.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?