25 sentyabr

Uitkof: Türkiyə rəsmilərindən Azərbaycanla bağlı məsləhətlər alıram

ABŞ-nin Prezident yanında xüsusi nümayəndəsi Stiv Uitkof mütəmadi olaraq Türkiyə rəsmilərindən Azərbaycanla bağlı məsləhətlər aldığını bildirib.

Təhlil.az-ın məlumatına görə, o qeyd edib ki, ABŞ-nin Türkiyədəki səfiri Tom Barak vasitəsilə Azərbaycan, Ermənistan və Ukrayna ilə bağlı məsələlərlə əlaqədar Türkiyənin xarici işlər naziri Hakan Fidan və Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalından fikirlərini alır.

“Məsələn, mən Toma zəng edib soruşuram ki, İbrahim Kalının bu məsələyə münasibəti necədir? Mən buna bənzər çoxlu misallar verə bilərəm ki, bu cür əlaqələri davam etdirmək mənə Tramp administrasiyası tərəfindən tövsiyə olunub”, - Uitkoff bildirib.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?