25 sentyabr
Zelenski: Ukrayna və Suriya diplomatik münasibətləri bərpa edib

Ukrayna prezidenti Volomir Zelenski bildirib ki, Ukrayna və Suriya diplomatik münasibətlərin bərpasına dair birgə kommünike imzalayıblar. Təhlil.az xəbər verir ki, bu barədə “Ukrayna həqiqəti” məlumat yayıb.
Zelenski əlavə edib ki, Ukrayna sabitliyə gedən yolda Suriya xalqını dəstəkləməyə hazırdır.
“Danışıqlarımız zamanı Suriya Prezidenti Əhməd əl-Şaraa və mən həmçinin əməkdaşlığın inkişafı üçün perspektivli sahələri, hər iki ölkənin təhlükəsizliyinə təhdidləri və onlara qarşı mübarizənin vacibliyini ətraflı müzakirə etdik. Biz qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlər qurmağa razılaşdıq”, - o, qeyd edib.