25 sentyabr
Venesuelada üç güclü zəlzələ baş verib

Çərşənbə günü Venesuelanın şimal-qərbində bir-birindən təxminən beş saat intervalla üç güclü zəlzələ baş verib. Təhlil.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Zəlzələ silsiləsi Venesuelanın Zulia əyalətində 6,2 bal gücündə yeraltı təkanlar ilə başlayıb. Hələlik həlak olan və yaralananlar barədə məlumat yoxdur. Bunun ardınca Zuliada 4,9 bal gücündə, Trujillo əyalətində isə 6,3 bal gücündə zəlzələ baş verib. Sosial şəbəkələrdə yayılan görüntülərdə Zulia şəhərində zəlzələlərin binalara və yollara ziyan vurduğu görünür.