24 sentyabr

Zelenski: Biz Putinə görüş təklif etmişdik

Tramp göstərdi ki, o, Ukraynanı sona qədər dəstəkləmək istəyir.

Təhlil.az xəbər verdi ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski bildirib.

O əlavə edib ki, Trampın ərazi güzəştləri ilə bağlı mövqeyi dəyişib. "Düşünürəm ki, o, bu gün başa düşür ki, biz sadəcə olaraq əraziləri mübadilə edə bilmərik. Bu ədalətsizlikdir", - Zelenski deyib.

Onun sözlərinə görə, Putinə görüş yeri kimi Qazaxıstan da təklif olunub. “Türkiyədə, Səudiyyə Ərəbistanında, Qətərdə, Avropada, Avstriya və ya İsveçrə kimi neytral ölkələrdə görüşlər təklif etdik. İstədiyiniz hər yerdə, məsələn, Qazaxıstanda görüş istəsəniz, biz hazırıq” dedik”, - deyə Ukrayna lideri əlavə edib.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?