24 sentyabr
Alen Berse İlham Əliyevə təşəkkür edib

Avropa Şurasının baş katibi Alen Berse Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
“BMT Baş Assambleyasının 80-ci sessiyasında görüşümüz zamanı söylədiyi fikirlərə görə Prezident İlham Əliyevə təşəkkür edirəm”, - deyə Berse bildirib.
Təhlil.az xəbər verir ki, Berse Cənubi Qafqaza sülhün qayıtdığını qeyd edib.
“Uzunmüddətli sabitlik və firavanlıq bizim ümumi məqsədlərimizdir. Biz əməkdaşlığın davamını gözləyirik” - deyə, Avropa rəsmisi əlavə edib.