28 aprel
Dənizkənarı Milli Parkda attraksionların fəaliyyəti dayandırıldı

Dənizkənarı Milli Parkı ərazisindəki attraksionların fəaliyyəti dayandırılıb.
Təhlil.az xəbər verir ki, buna səbəb güclü külək olub.
Dənizkənarı Bulvar İdarəsinin məlumatına əsasən, təhlükəsizliyin təmin edilməsi məqsədilə obyektlərin istismar şöbəsi tərəfindən hər gün attraksionlarda yoxlama tədbirləri keçirilir. Həmçinin, ekspertlər mütəmadi olaraq obyektlərin texniki təhlükəsizlik tələblərinə uyğunluğunu yoxlayır, əlavə yoxlamalar və testlər aparılır.
Bununla yanaşı qeyd edilib ki, pis hava şəraiti, xüsusən güclü külək zamanı milli parkdakı attraksionlar təhlükəsizlik məqsədilə fəaliyyət göstərmir.
Xatırladaq ki, aprelin 27-də Bakının Böyük Şor bulvarında güclü külək səbəbindən attraksion aşıb.
Bu gün
Bu gün