24 sentyabr
Dövlət Departamentinin sözçüsü: “Cənubi Qafqaz ABŞ-nin xarici siyasəti üçün uzunmüddətli prioritetdir”

Geniş Xəzər regionu, o cümlədən Cənubi Qafqaz və Mərkəzi Asiya ABŞ-nin xarici siyasətinin uzunmüddətli prioritetidir.
Təhlil.az xəbər verir ki, bunu ABŞ dövlət katibinin müşavirinin müavini Kaleb Orr deyib. “Bu regiona investisiya qoymaq və onu uzun illər ərzind əinkişaf etdirmək bizim strateji maraqlarımıza uyğundur”, - deyə o qeyd edib.
Orr Nyu-Yorkda keçirilən altıncı Xəzər Biznes Forumunda iştirak edib.