24 sentyabr

G7 xarici işlər nazirləri Rusiyanı pisləyib

Biz Rusiyanın son zamanlar Estoniya, Polşa və Rumıniyanın hava məkanını pozması ilə bağlı narahatlığımızı ifadə etdik, bu, qəbuledilməzdir və beynəlxalq təhlükəsizliyə təhdiddir.

Təhlil.az xəbər verir ki, bu, Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa, Yaponiya xarici işlər nazirləri və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın birgə bəyanatında vurğulanır.

Dünyanın iqtisadi cəhətdən ən inkişaf etmiş ölkələrinin nümayəndələri “güclü, müstəqil, suveren və firavan Ukrayna”ya sadiq olduqlarını və Kiyevə etibarlı təhlükəsizlik zəmanətləri vermək üçün ABŞ ilə koordinasiyanı davam etdirəcəklərini bəyan etdilər. Görüş zamanı Rusiya Federasiyasına qarşı əlavə iqtisadi sanksiyalar, o cümlədən Kremlə yardım edən üçüncü ölkələrə qarşı tədbirlərin görülməsi məsələsi də müzakirə olundu.

“Biz G7-nin maliyyə nazirləri arasında Rusiyanın suveren aktivlərinin Ukraynanı dəstəkləmək üçün sonrakı istifadəsi ilə bağlı davam edən müzakirələri alqışlayırıq”, - dövlətlərin qeyri-rəsmi klubu vurğulayıb.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?