24 sentyabr

Melaniya Tramp Zelenskayanın görüş təklifini rədd edib

ABŞ-nin birinci xanımı Melaniya Tramp Ukrayna Prezidenti Vladimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskayanın Nyu-Yorkda görüş təklifinə müsbət cavab verməyib.

Təhlil.az xəbər verir ki, Melaniya Trampın baş məsləhətçisi Mark Bekman açıqlamasında bildirib ki, Zelenskaya dəfələrlə görüş təşəbbüsü ilə çıxış etsə də, rəsmi görüş planlaşdırılmır:
“Birinci xanımımız çox nəzakətli insandır, amma ikitərəfli görüş olmayacaq. Yalnız qısa salamlaşma mümkündür, məzmunlu söhbət isə nəzərdə tutulmur”.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?