28 aprel

Yeni Papa nə vaxt seçiləcək?

Yeni Roma Papasının seçilməsi üçün Vatikanda konklav 7 may tarixində toplanacaq.

Təhlil.az xəbər verir ki, bu qərar, 26 aprel tarixində dəfn edilən Papa Fransiskin ölümündən sonra keçirilən qapalı kardinal toplantısında verilib.

Xatırladaq ki, 88 yaşlı Papa Fransisk 21 aprel tarixində vəfat edib. Onunla vida mərasimi 23-26 aprel tarixlərində Vatikanın Müqəddəs Pyotr bazilikasında baş tutub. Dəfn mərasimində 250 min, vida yürüşündə isə təxminən 400 min nəfər iştirak edib.

Məlumata görə, builki konklav əvvəlkilərdən daha uzun çəkə bilər, çünki iştirakçı kardinaların bir çoxu bir-birilərini ilk dəfə görür.

SORĞU

İsrail-İran müharibəsi

İsrail və İran arasında münaqişənin genişlənməsi ehtimalı sizi nə dərəcədə narahat edir?