23 sentyabr

“Bild”: Merzin reytinqi azalmaqda davam edir

Almaniya kansleri Fridrix Mersin reytinqi aşağı düşməkdə davam edir – o, alman siyasətçiləri arasında populyarlığına görə 14-cü yerdən 18-ci yerə düşüb.

Təhlil.az xəbər verir ki, bunu “Bild” qəzetinin sifarişi ilə INSA sosioloji institutunun keçirdiyi sorğunun nəticələri sübut edir. Reytinqdə Merzdən aşağıda hazırda yalnız Almaniya üçün Alternativ (AfD) partiyasının həmsədri Tino Çrupalla və CDU/CSU blokunun parlament fraksiyasının rəhbəri Yens Spahn yer alır. Qəzet xatırladıb ki, ötən həftənin sonunda kansler özünün antirekordunu qırıb: INSA sorğusuna əsasən almanların 62%-i onun işindən narazı olduğunu bildirib.

AfD həmsədri Alis Vaydel isə populyarlıq reytinqində mövqeyini yaxşılaşdırıb. O, hazırda 10-cu yeri tutur. Siyahıya əvvəlki kimi müdafiə naziri Boris Pistorius rəhbərlik edir. Sorğu həmçinin göstərdi ki, AfD Almaniyada siyasi partiyaların reytinqində Xristian Demokratları geridə qoymağa davam edir.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?