28 aprel
Netanyahunun Bakıya səfərinin vaxtı açıqlandı

İsrailin Baş naziri Benyamin Netanyahu mayın 8-də Bakıya gələcək.
Təhlil.az xəbər verir ki, O, səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, bir sıra nazirlər və yəhudi icmasının rəhbərləri ilə görüşəcək.
Məlumat üçün bildirək ki, İsrailin Baş naziri mayın 8-də Bakıda Şəhidlər Xiyabanında Albert Aqarunovun məzarını da ziyarət edəcək. Bildiyiniz kimi 1992-ci il mayın 8-də Azərbaycan Respublikasının Milli Qəhrəmanı, yəhudi əsilli Albert Aqarunov Şuşa şəhərinin müdafiəsi uğrunda döyüşdə şəhid olub.
Qeyd edək ki, Baş nazir həftəsonunu Bakıda keçirəcək və Azərbaycana səfəri mayın 11-də başa çatacaq.