23 sentyabr

Kopenhagen və Oslo hava limanlarında dron təhlükəsi səbəbindən uçuşlar dayandırılıb

Danimarkanın paytaxtı Kopenhagen hava limanı yaxın ərazidə pilotsuz uçan aparatların müşahidə olunması səbəbindən sentyabrın 22-də axşam saatlarında bütün uçuşları dayandırıb.

Təhlil.az xəbər verir ki,  Kopenhagen polisinin məlumatına əsasən, havada iki və ya üç dron müşahidə edilib. Təxminən üç saat davam edən fasilədən sonra hava limanı sosial media hesabında fəaliyyətini bərpa etdiyini açıqlayıb.

"Lakin reyslərin ləngiməsi və ləğvi mümkündür. Sərnişinlərdən öz hava yolları ilə əlaqə saxlamaları xahiş olunur”, – məlumatda qeyd edilib.

Hazırda polis və digər hüquq-mühafizə orqanları araşdırma aparır. Hadisə zamanı Kopenhagendə enməli olan təxminən 35 reys başqa hava limanlarına yönləndirilib.

Danimarka polis müfəttişinin müavini Yakob Hansen isə açıqlamasında bildirib: “Dronların haradan gəldiyi məlum deyil. Bundan sonra hara getdikləri də məlum deyil”.

Oxşar hadisə Norveçdə də yaşanıb. Oslodakı Gardermoen hava limanı üzərində naməlum pilotsuz uçan aparat görüntülənib. Hava limanının sözçüsü NRK-ya açıqlamasında bildirib ki, hava məkanı gecəyarısından bağlanıb. Yerli vaxtla saat 03:30-da isə uçuşların gəliş-gedişi bərpa olunub.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?