23 sentyabr
ABŞ Məsud Pezeşkianın oğluna viza vermədi

ABŞ hökuməti İran prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkiana BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün viza verməkdən imtina edib.
Təhlil.az-ın məlumatına görə, Yusif Pezeşkian atasının nümayəndə heyətinin tərkibində Nyu-Yorka səfər etməli idi.
Lakin bu il Amerika administrasiyası BMT tədbiri üçün iranlı rəsmilərə və onların ailə üzvlərinə viza verilməsi məsələsinə daha sərt yanaşma sərgiləyib.
Qeyd olunur ki, əvvəlki illərdə də ABŞ administrasiyası İran diplomatlarının Nyu-Yorkdakı fəaliyyətinə, o cümlədən alış-veriş və hərəkət azadlığına ciddi məhdudiyyətlər tətbiq edib.
Bu gün
Bu gün