23 sentyabr

ABŞ-də Trampın helikopterinə lazerlə hücum cəhdi

ABŞ-də sabiq prezident Donald Trampın helikopterinə lazer şüası tutulub.

Təhlil.az xəbər verir ki, hadisə sentyabrın 20-də axşam, Trampın Ağ Evdən havaya qalxdığı anda baş verib.

Məlumata görə, ABŞ Məxfi Xidmətinin əməkdaşı küçədə köynəksiz, öz-özünə yüksək səslə danışan bir şəxsi görüb. Agent ona yaxınlaşanda həmin şəxs havaya qalxan helikopterə lazer işığı tutub.

Hadisəyə dərhal müdaxilə edən Məxfi Xidmət əməkdaşı şübhəli şəxsi qandallayıb.

Məhkəmə sənədlərində qeyd olunur ki, həmin şəxsin hərəkətləri pilot üçün ciddi risk yaradıb. Xüsusilə də prezident helikopterini müşayiət edən digər helikopterlərin yaxınlığında aşağı hündürlükdə uçarkən qəfil görmə itkisi və orientasiyanın pozulması təhlükəsi mövcud olub.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?