23 sentyabr

Tramp “Antifa” hərəkatını terror təşkilatı elan etdi

ABŞ Prezidenti Donald Tramp müvafiq fərmanı imzalayıb.

Təhlil.az xəbər verir ki, Ağ Evin rəsmi saytında dərc olunan sənəddə qeyd olunub ki, “Antifa” hərbi-silahlanmış anarxist qrup kimi fəaliyyət göstərir, açıq şəkildə ABŞ hökumətinin devrilməsinə çağırır və siyasi məqsədlərə çatmaq üçün zorakılıqdan istifadə edir. Hərəkat həmçinin kütləvi iğtişaşların təşkilində, hüquq-mühafizə orqanlarına hücumlarda, siyasi rəqiblərin təqibində və gənclərin cəlbində ittiham olunur.

Fərmana əsasən, ABŞ-nin bütün federal qurumları təşkilatın fəaliyyətinin araşdırılması və qarşısının alınması üçün səlahiyyətlərindən istifadə etməli, həmçinin onu maliyyələşdirən şəxslərin məsuliyyətə cəlb olunmasını təmin etməlidirlər. 

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?