Rusiya iqtisadiyyatı dayanıb

Rusiyada iqtisadi artım və maaşların yüksəlişi praktiki olaraq dayanıb, biznes aktivliyi isə bir neçə aydır azalır.
Təhlil.az “The Economist”in məlumatına istinadla xəbər verir ki, Mərkəzi Bank əhalini xərcləməyə yox, pul yığmağa təşviq edir. Hökumət isə infrastruktur və hərbi sənaye xərclərini azaldır. Neft ixracı 2022-ci ildəki 155 mlrd dollardan, 2025-ci ilin əvvəlində 96 mlrd dollara düşüb. Bunun səbəbi kimi isə sanksiyalar, rublun möhkəmlənməsi, dünya bazarında neftin ucuzlaşması və bahalı borclanma göstərilir.
Avropa İttifaqı yeni enerji sanksiyaları hazırlayır, Moskva isə artıq məhdudiyyətləri dolama yollarla aşmağı bacardığını göstərib. ABŞ maliyyə naziri Skot Bessent vəziyyəti belə izah edib: “Bu, Rusiya iqtisadiyyatı ilə Ukrayna əsgərləri arasında yarışı xatırladır”.
Hələlik böhran adi vətəndaşların maaşlarına və iş yerlərinə birbaşa zərbə vurmayıb, amma proses artıq başlayıb və geri dönüşü yoxdur.