22 sentyabr

Kim Çen İndən “gizli silah” açıqlaması

Şimali Koreya lideri Kim Çen İn ordunun yeni “gizli silah” əldə etdiyini bəyan edib.

Təhlil.az xəbər verir ki, onun sözlərinə görə, bu silah ölkənin hərbi potensialını əhəmiyyətli dərəcədə gücləndirəcək.

KXDR-də yeni esmineslərin inşasına start verildiyi açıqlanıb. Rəsmi Pxenyan bu addımı ölkənin “dəniz dövləti”nə çevrilməsi yolunda ilk mərhələ kimi təqdim edir. Bundan başqa, karbon liflərindən hazırlanmış yeni güclü raket mühərriklərinin sınaqları başa çatıb. Bu mühərriklərin qitələrarası ballistik raketlərdə istifadə ediləcəyi gözlənilir.

Kim Çen İn bildirib ki, yeni silahların istehsalının seriyalaşdırılması məsələsi müzakirə olunur. ABŞ ilə danışıqların mümkünlüyünü istisna etməyən Şimali Koreya lideri bunun üçün denuklearizasiya tələbinin gündəmdən çıxarılmasını əsas şərt kimi irəli sürüb.

O, həmçinin vurğulayıb ki, Kursk vilayətindəki döyüşlərdə iştirakdan sonra gənclər arasında orduya yazılmaq üçün “kütləvi həvəs” yaranıb. Kim Çen İn bunu “xalqın inqilaba sadiqliyinin sübutu” kimi qiymətləndirib.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?