22 sentyabr

Dəməşqdən sərt açıqlama: “İran və Hizbullahı ölkədən çıxardıq”

Suriya Prezidenti Əhməd əş-Şaraa CBS-in “60 minutes” verilişinə müsahibə verib.

Təhlil.az xəbər verir ki, dövlət başçısı çıxışı zamanı diqqətçəkən məqamlara toxunub.

“Biz İŞİD-lə vuruşduq, regiondan İran qüvvələrini və ‘Hizbullah’ı qovduq”, – deyə Əhməd əş-Şaraa bildirib.

Bu açıqlama uzun illər Suriya müharibəsində İran və “Hizbullah”ın Dəməşqin əsas müttəfiqi kimi təqdim olunması ilə ziddiyyət təşkil edir. Əgər əş-Şaaranın sözləri təsdiqlənərsə, bu, regionda mühüm nəticələrə səbəb ola bilər.

Ekspertlərin fikrincə, belə bir addım Suriyanın xarici siyasətində yeni istiqamətin başlanğıcı ola bilər. Bu halda ölkənin Qərb və ərəb dünyası ilə yaxınlaşması, eyni zamanda Tehranla münasibətlərdə ciddi gərginliklərin yaranması gözlənilir.

Siyasi müşahidəçilər bu ritorikanı Dəməşqin özünü Tehrandan asılı olmayan, müstəqil oyunçu kimi təqdim etmək cəhdi kimi qiymətləndirirlər.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?