22 sentyabr
Türkiyə nümayəndə heyəti İrəvanda

Sentyabrın 22-də İrəvanda NATO Parlament Assambleyasının 108-ci “Rose-Roth” seminarı işə başlayıb.
Təhlil.az xəbər verir ki, tədbir iki gün davam edəcək.
Seminarda Türkiyədən də nümayəndələr iştirak edirlər. Müzakirələrin əsas mövzusu “Dəyişən dünyada Ermənistan və Cənubi Qafqaz: Demokratiyanın və regional təhlükəsizliyin gücləndirilməsi” olacaq.
Tədbir çərçivəsində Ermənistan Milli Assambleyasının NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Andranik Köçəryanın mətbuat konfransı keçirməsi də nəzərdə tutulub.
Bu gün