20 sentyabr

NATO dronlara qarşı müdafiədə yeni yanaşma axtarır

NATO üzvü olan ölkələr hava məkanına daxil ola biləcək pilotsuz uçuş aparatları ilə mübarizədə bahalı döyüş təyyarələri və raketlərdən istifadə edə bilməzlər.

Təhlil.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri Qərb diplomatlarına istinadən yazır.

Məlumata əsasən, pilotsuz uçuş aparatlarının qiyməti ilə onları məhv etmək üçün istifadə olunan vasitələrin dəyəri arasında böyük fərq var.

Belə ki, bir neçə dron dəstəsi təxminən 20 min dollara başa gəlir. Halbuki hava hücumundan müdafiə sistemləri üçün nəzərdə tutulan bir raketin qiyməti 500 min dollar, bir döyüş təyyarəsinin isə 100 milyon dollardan artıqdır.

Həmçinin qeyd olunur ki, bu vəziyyət NATO ölkələri üçün pilotsuz təhdidlərə qarşı daha effektiv və qənaətcil müdafiə üsullarının tətbiqini zəruri edir.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?