18 sentyabr

Fransada tətillər səbəbindən apteklərin 90%-i bağlanıb

Fransada hökumətin təklif etdiyi sərt qənaət tədbirlərinə qarşı ümummilli tətil çərçivəsində apteklərin təxminən 90%-i bağlanıb.

Təhlil.az xəbər verir ki, bu barədə BFMTV telekanalı Əczaçılar Federasiyasının məlumatlarına əsaslanaraq bildirib.

"Ölkə üzrə demək olar ki, hər 10 aptekdən 9-u bağlıdır", - kanal təşkilatın məlumatını təqdim edib.

Əczaçılar, xüsusilə, sentyabrın 1-dən qüvvəyə minən və səhiyyə xərclərinin azaldılmasına yönəlmiş tədbirlərə qarşı çıxırlar. Əczaçılıq assosiasiyalarının fikrincə, bu tədbir apteklərin bağlanmasına və iş yerlərinin itirilməsinə səbəb ola bilər.