18 sentyabr

Avqust 2025 – Avropanın son onillikdə ən quraq ayı

Avropada 2025-ci ilin avqust ayı son 13 ilin ən quraq dövrü kimi tarixə düşüb. Təhlil.az Avropa Quraqlıq Rəsədxanasının (EDO) məlumatına istinadla xəbər verir ki, ötən ay regionun torpaqlarının 53%-i quraqlıqdan əziyyət çəkib. Bu, 2012–2024-cü illərin avqust ayları üzrə orta göstəricidən (30,1%) təxminən 23 faiz bəndi çoxdur.

Ən ciddi vəziyyət Şərqi Avropa və Balkanlarda müşahidə olunub. Bolqarıstan, Serbiya və Şimali Makedoniyanın 90%-dən çox ərazisi quraqlıqdan təsirlənib. Qərbi Avropa da eyni problemlə üzləşib – Fransada ərazilərin 66%-i, Portuqaliyada isə 70%-i nəmlik çatışmazlığına məruz qalıb. Halbuki iyul ayında bu göstərici Portuqaliyada cəmi 5% idi.

Kopernik Avropa Xidmətinin açıqlamasına əsasən, quraqlığın monitorinqi yağıntılar, torpaq rütubəti və bitki örtüyünün vəziyyəti əsasında aparılır. Qeyd olunur ki, 2025-ci ilin əvvəlindən hər ay yüksək quraqlıq göstəricisi qeydə alınsa da, avqust rekorda imza atıb.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?