17 sentyabr
İranda qaz partlayışı: 7 nəfər həlak oldu, bina tamamilə dağıldı

İranda qaz partlayışı nəticəsində yeddi nəfər ölüb.
Təhlil.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
"Bu gün səhər Əhvaz şəhərinin Pərdis rayonunda dörd mənzilli yaşayış binasında qaz partlayışı nəticəsində yeddi nəfər həlak olub. Ölənlərin beşi kişi, ikisi qadındır. Həmçinin üç nəfər xəsarət alıb", - deyə, məlumatda qeyd olunub.
Partlayış nəticəsində bina tamamilə dağılıb.